Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Sabunçu rayonundakı Pirşağı çimərliyində bir nəfərin batması ilə bağlı məlumat verilib. Dərhal hadisə yerinə nazirliyin əraziyə yaxın sularda xilasetmə məntəqəsinin xilasediciləri yollanıblar.
Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Kimlik müayinəsi zamanı məlum olub ki, batan şəxs 1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğludur.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.
İnterpress.az