Siyəzəndə avtomobil qəzası: ana ölüb, iki övladı ağır yaralanıbbackend

Siyəzəndə avtomobil qəzası: ana ölüb, iki övladı ağır yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində, Siyəzən rayonun Sədan kəndi ərazisində qeydə alınıb.

Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Manafov Cəmşid Qərib oğlunun idarə etdiyi VAZ 2107 sərt döngədə idarəetməni itirərək aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü C. Manafov, həlak olan qadının övladları – 1994-cü il təvəllüdlü Əliyeva Gülər Mərdan qızı və 1996-cı il təvəllüdlü Əliyev Orxan Mərdan oğlu xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az