Xaçmaz-Quba yolunda iki maşın toqquşub, maşınlardan biri yanıbbackend

Xaçmaz-Quba yolunda iki maşın toqquşub, maşınlardan biri yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə magistralı 7-ci km-də qeydə alınıb. 10 XR 161 dövlət nömrə nişanlı “BMW” markalı avtomaşınla 40 BL 662 dövlət nömrə nişanlı “Mersedes” toqquşub. Qəzadan sonra “Mersedes” yanmağa başlayıb. Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (apa)

İnterpress.az