Görüşdə Avropa İttifaqı strukturları ilə Müsavat Partiyası arasında əməkdaşlığın daha da yaxşılaşdırılması, avrointeqrasiya məsələləri, ölkəmizdə ictimai-siyasi vəziyyət, Qarabağ konfliktinin ədalətli həlli yolları, parlament seçkiləri və digər məsələlər müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, görüşdə həmçinin Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Toralf Pilts və Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı da iştirak edib.
İnterpress.az