Bu barədə oxu.az-a “Azərbaycan Hava Yolları”-nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, bu istiqamət üzrə uçuşları həyata keçirən təyyarəyə baxış keçirilir, nasazlıq aradan qaldırılır.
Bundan başqa, mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda həmin istiqamətdə uçuşları həyata keçirmək üçün Airbus A340 təyyarəsi cəlb olunub:
“Hazırda Bakıdan 236 nəfər sərnişin Airbus A340 ilə Naxçıvana uça biləcəklər. Naxçıvandan isə həmin sayda sərnişin Bakıya geri qayıda biləcək. Saat 15:00-dan isə Bakı-Naxçıvan istiqaməti üzrə hərəkət edən təyyarə uçuşlara başlayacaq. Bununla da problem həll olunacaq” – deyə, şirkət rəsmisi əlavə edib.
İnterpress.az