İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı mütəxəssis Nikolas Rivz bununla bağlı araşdırma aparmaq üçün Misirə dəvət olunub.
Nikolas Rivz belə hesab edir ki, 19 yaşlı firon Tutanxamonun məzarında 2 gizli qapı var ki, bu qapılardan biri Nefertitinin mumyasının olduğu məzara çıxa bilər.
Misir bu nəzəriyyənin müəllifi olan mütəxəssisə araşdırma aparmaq üçün şərait yaratmağa hazır olduğunu bildirib. Ancaq bunun üçün arxeoloq öz nəzəriyyəsinin doğruluğuna onları inandırmalıdır.
İnterpress.az