Elnur Məcidli ölkəyə qayıdırbackend

Elnur Məcidli ölkəyə qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Elnur Məcidli özünün “Facebook”dakı səhifəsində məlumat verib. E. Məcidli yaxın bir zamanda ölkəyə qayıda biləcəyini deyib:

“Sizinlə bir şad xəbəri artıq paylaşmaq qərarına gəldim. Bir müddətdir, Azərbaycana qayıtmaq (gedib-gələ bilmək), öz vətənimə xidmət edə bilmək, həmçinin, ölkə prezidenti ilə görüş üçün həm hörmətli Əli Həsənova, həm də cənab prezidentə müraciət ünvanlamışdım. Keçən həftənin cümə günü prezident administrasiyasından edilən telefon zəngində müraciətimin qısa zamanda reallaşa biləcəyi söyləndi. Buna görə başda cənab prezident İlham Əliyev, prezidentin köməkçisi Əli Həsənov olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm! İnşallah, çox qısa zamanda vətəndəyəm! Beş il aradan sonra doğma Azərbaycana qayıdacağım üçün həyəcanlıyam”.

Qeyd edək ki, Elnur Məcidli 2011-ci ildə sosial şəbəkələrdə “11 mart – Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçılarından biri olub. Azərbaycan hüquq-mühafizə orqanları E.Məcidli barəsində Cinayət Məcəlləsinin 281.1(hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün) cinayət işi açılıb.

Daxili İşlər Nazirliyi 2011-ci ildə Elnur Məcidlini İnterpool xətti ilə axtarışa verilmişdi. həmin ilin iyun ayında isə E.Məcidli barəsində açılmış işə xitajm verilmişdi.

İnterpress.az