Bakıya Türkiyədən səsli işıqforlar gətiriləcək​backend

Bakıya Türkiyədən səsli işıqforlar gətiriləcək​

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu report-a görmə qüsurlu insan, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü bildirib.

Onun sözlərinə görə, danışan işıqforlar görmə qüsurlu insanlara kömək etmək əvəzinə, problem yaradır:

\”Səsli işıqforlar yaşıl işıqda \”dur\”, qırmızı işıqda \”keç\” sözlərini səsləndirir. Bundan əlavə, həmin işıqforların səsi də həddən artıq anlaşılmazdır. Vəziyyət o həddə çatdı ki, bir qrup gözdən əlil insan olaraq məlumatları səlis səslə yazdırıb istifadə olunması üçün müvafiq quruma təqdim etdik. Bir ay keçsə də, heç bir xəbər yoxdur\”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin \”Siqnal idarəsi\”nin sahə rəisi Nəriman İsrafilov məsələ ilə bağlı açıqlamasında bildirib ki, səsli işıqforlarla bağlı problem doğrudan da yaşanır:

\”Bununla bağlı idarəyə şikayətlər də daxil olub. Yaxın günlərdə Türkiyədən yeni səsli işıqforlar gətirilərək əvvəldən qoyulanlarla əvəzlənəcək. Yeni işıqforlar insan yaxınlaşdığı zaman danışacaq\”.

İnterpress.az