İnterpress.az xəbər verir ki, III təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrup mərhələsinin bir addımlığında “Panatinaikos”la üz-üzə gəlib.
Roman Qriqorçukun yetirmələri bura qədər irəliləməklə artıq tarix yazıblar. Ancaq qəbələlilər “Neftçi” və “Qarabağ”ın bir zamanlar əldə etdiyi uğuru təkrarlamaq üçün yunanları da yolundan kənarlaşdırmalı idilər. Lakin, oyun 0:0 hesabı ilə başa çatıb.
İki oyunun nəticəsinə görə qalib gəlmək üçün Bakıda keçirilən ilk matçdan sərfəli nəticə ilə ayrılmaq lazımdı.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
“Qəbələ” – “Panatinaikos” (Yunanıstan) – 0:0
Baş hakim: Andre Marriner (İngiltərə)
Baş hakimin köməkçiləri: Simon Bennett, Li Betts (hər ikisi (İngiltərə)
Dördüncü hakim: Robert Madli (İngiltərə)
Hakim-inspektor: Zbiqnev Przesmiçki (Polşa)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı. “Bakcell Arena”
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 21. Arif Daşdəmirov, 3. Stankoviç, 44. Rafael Santos, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 7. Ermin Zec, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 10. Dodo, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 66. Samir Zərgərov, 5. Floresku, 15. Vitali Vernidub
Baş məşqçi: Roman Qriqorçuk
“Panatinaikos”: 15. Luke Steele, 4. Giorgios Katrumbis, 20. Statis Tavlaridis, 11. Vammer, 21. Nano, 17. Robin Lod, 10. Zeka, 32. Daniel Pranyiç, 23. Kaltsas, 19. Nikos Karelis, 33. Mladen Petriç
Ehtiyat oyunçular: 1. Stefanos Katsolis, 3. Diamantis Çuçumiç, 12. Nikos Marinakis, 8. Tassos Laqos, 14. Abdul Ayaqun, 29. Sotiris Ninis, 9. Markus Berq
Baş məşqçi: Yannis Anastasiu
İnterpress.az