Bu gün səhər saatlarından etibarən Rusiya milli valyutası dollar qarşısında sərt şəkildə dəyər itirməyə başladı.
Artıq axşam saatlarında 1 dolları 68 rubla satılırdı ki, bu da son altı ayda Rus rublunun ən aşağı dəyəri anlamına gəlirdi.
Rusiya Mərkəzi Bankının rublun kursunu dəstəkləməkdən vazkeçdiyini beyan etməsi isə mili valyutanın ucuzlaşmasının önümüzdəki günlərdə də davam edəcəyini istisna etmir.
İqtisadçı-ekspert Mixail Delyagin də Rus rublunun dəyər itirməsinin gözlənilir olduğunu deyir:
“Hazırki şərtlərdə gızıl ehtiyatlarımızı qoruyub saxlamaq üçün tək çarə rublu ucuzlaşdırmaqdır. Bunun üçün isə ən uyğun vaxt avqust ayıdır. Çünki, indi hamı tətildədir. Belə bir vaxtda ölkədə hər hansı sosial etirazların baş verməsi mümkün deyil. Həqiqətən də avqustun əvvəlindən rubl ucuzlaşmağa davam etsə də, infilyasiya sıfırdır. Bazarlar buna heç bir reaksiya verməyib”.
Rusiyadakı iqtisadi böhran sadəcə rublun dəyərinin düşməsilə özünü göstərmir.
Rusiya Federal Statistika Komitəsi də bu ilin birinci yarısında ölkə iqtisadiyyatının 4 faizə qədər azaldığını açıqladı. (ans)
İnterpress.az