Cavid Hüseynovla bağlı məhkəməyə təkrar müraciətbackend

Cavid Hüseynovla bağlı məhkəməyə təkrar müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a açıqlamasında C.Hüseynovun vəkili Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, avqustun 24-də təqdim olunacaq vəsadət ərizəsində C.Hüseynovun ev dustaqlığına buraxılması tələb olunacaq.

Xatırladaq ki, avqustun 14-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Cavid Hüseynov haqqında həbs qəti imkan tədbirinin aradan qaldırılması ilə bağlı məhkəmə iclası keçirilib. Məhkəmə Cavid Hüseynovun barəsində seçilmiş 3 ay müddətinə həbs qəti imkan tədbirini qüvvədə saxlayıb.

Qeyd edək ki, jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Qeyd edək ki, baş verən cinayət hadisəsində C.Hüseynovdan əlavə 5 nəfər də həbs olunub.

İnterpress.az