Eks-icra başçısı qafqazinfo-ya açıqlamasında Vüqar Ələkbərovun həbs edilmədiyini və yayılan xəbərin yalan olduğunu bildirib.
Virtualaz.org saytı isə xəbərə aydınlıq gətirmək üçün Vüqar Ələkbərovun özünə müraciət edib. V.Ələkbərov barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirib ki, hazırda ailəsinin yanında, evdədir.
“Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də “İmprotex”in Beynəlxalq Banka borcumuz yoxdur” – deyə V.Ələkbərov bildirib.
İnterpress.az