Bölgə sahibkarına elektron hökumətlə bağlı seminarlar keçirilib – FOTObackend

Bölgə sahibkarına elektron hökumətlə bağlı seminarlar keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, layihə çərçivəsində Samux və Daşkəsən rayonlarında sahibkar və fermerlər tərəfindən ən çox ehtiyac duyulan Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərlə bağlı seminarlar keçirlib. Seminarlarda rayonlarda fəaliyyət göstərən sahibkarlar, fermerlər və digər dövlət və özəl struktur nümayəndələri tərəfindən böyük maraq doğurub və elektron xidmətlərdən istifadə ilə bağlı ehtiyacların ödənilməsinə kömək edib.

Elektron resurslardan istifadə ilə bağlı təşkil edilmiş məsləhət xidmətlərindən 120-dən çox sahibkar, fermer və digər icma təmsilçiləri faydalanıb.

Yaradılmış “Elektron Xidmət Mərkəzləri” dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə ilə bağlı davamlı köməyi təmin edəcək.

Bölgə sahibkarına elektron hökumətlə bağlı seminarlar keçirilib - FOTO

Bölgə sahibkarına elektron hökumətlə bağlı seminarlar keçirilib - FOTO

Bölgə sahibkarına elektron hökumətlə bağlı seminarlar keçirilib - FOTO

İnterpress.az