İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. Erkən seçkilərlə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşəcəyini deyən prezident seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün tədbirlərin görüldüyünü də qeyd edib.
Qeyd edək ki, 7 iyunda keçirilmiş seçkidə 13 ildir, iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına hökumət qurmaq üçün lazım olan 276 mandatı qazana bilməyib. Prezident Ərdoğan yeni hökuməti qurması üçün 9 iyulda AKP lideri Əhməd Davudoğluna səlahiyyət verib. AKP ilə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında koalisiya qurmaq istiqamətində danışılar uğursuz olub.
İnterpress.az