Almaniyada azərbaycanlıların yaşadığı qaçqın sığınacağında yanğın olub – FOTO – YENİLƏNİBbackend

Almaniyada azərbaycanlıların yaşadığı qaçqın sığınacağında yanğın olub – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, XİN-in təlimatı əsasında Səfirlik məsələni Almaniyanın dövlət qurumları ilə araşdırır.

***

18:56

Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnabe şəhərində azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində yanğın olub.

İnterpress.az xəbər verir ki, \”br.de\” saytının məlumatına görə, polis əməkdaşı orada yaşayan 19 şəxsdən heç birinin xəsarət almadığını açıqlayıb. Bavariyanın daxili işlər naziri Yoahim Hermann açıqlamasında yanğının ksenofobiya zəminində törədildiyini istisna etməyib. Mer Rupoert Tropmann yanğını dəhşətli hadisə adlandırıb. O, hadisədə ksenofobiya amili olması məsələsinə münasibət bildirərək spekulyasiyaya getmək istəmədiyini və işi polisin araşdırmalı olduğunu deyib.

Yanğın haqqında məlumat ötən gün saat 03.20 radələrində daxil olub. Noyştad-Valdnabedəki köhnə restoranda birinci mərtəbədə mebellərin bir hissəsi yanıb. Yanğının yayılmasının qarşısı tez bir zamanda alınıb. Sığınacaq şahidləri gecə saatlarında birinci mərtəbədən iki nəfərin qaçdığını görüblər. Daha bir nəfər isə binanın yaxınlığında onları gözləyib. Hazırda polis hadisəni araşdırır.

Polisin ilkin qiymətləndirməsinə əsasən maddi ziyan 500 avro dəyərindədir.

Həmin sığınacaqda Azərbaycandan olan 19 nəfər yerləşdirilib ki, onlardan 3-ü uşaqdır. Köhnə restoranın birinci mərtəbəsi oyun oynamaq üçün uşaqların istifadəsinə verilib. Şəhərin mərkəzindəki bu köhnə otel və restoran artıq 2 ildir ki, qaçqınları qəbul edir. (apa)

İnterpress.az