Reydlər əsasən rayonun dağ kəndlərinə gedən yollarda təşkil olunub. Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Müseyib Quliyevin bildirdiyinə görə, dağ kəndlərinə istirahətə gedənlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə reydlər o ərazilərə gedən yollarda keçirilir.
M. Quliyev qeyd edib ki, ötən gün təşkil olunan reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Araşdırma zamanı onların arasında 10 sürücünün sənədsiz, 6 nəfərin isə sərxoş halda avtomobil idarə etdiyi aşkarlanıb.
Həmçinin reyd zamanı avtomobillərdə qanunla qadağan edilən səs gücləndiricilərdən tutmuş, sürücülük vəsiqəsi olmadan sərnişin daşıyanlara da rast gəlinib. Barələrində protokol tərtib edilənlər arasında avtomobilin nəinki arxa və yan, hətta ön şüşəsi tünd rəngdə olanlar da tapılıb. (apa)
İnterpress.az