Azərbaycanda gün ərzində 77 cinayət baş veribbackend

Azərbaycanda gün ərzində 77 cinayət baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınıb, onların 31-i isti izlərlə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.

İnterpress.az