Gədəbəydə iki avtomobil toqquşub, yaralı varbackend

Gədəbəydə iki avtomobil toqquşub, yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün axşam saatlarında rayonun Qaramuradlı kəndi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İdris İsmayılovun idarə etdiyi “QAZel” markalı avtomobillə Gədəbəy rayon sakini, 1993-cü il təvəllüdlü Vüsal Musayevin idarə etdiyi “VAZ2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “QAZel”in sürücüsü İ. İsmayılov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

İnterpress.az