Yunanıstan-Makedoniya sərhədində miqranlarla qarşıdurmada 10 nəfər xəsarət alıbbackend

Yunanıstan-Makedoniya sərhədində miqranlarla qarşıdurmada 10 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Yunanıstan-Makedoniya sərhədində minlərlə miqrant polis əməkdaşlarının yaratdığı “canlı sədd”i qıraraq Makedoniya ərazisinə keçməyə cəhd edib.

Bundan əvvəl Makedoniyanın DİN rəhbəri İvo Kotevski ölkənin Yunanıstandan müəyyən sayda miqrant qəbul etmək niyyətində olduğunu bildirib: “Biz yerləşdirə və tibbi yardımın göstərə biləcəyimiz sayda miqrantara sərhədi keçməyə icazə veririk”.

Qeyd edək ki, Makedoniya hökuməti miqrant axınının kəskin artması səbəbindən Yunanıstanla sərhəddə fövqəladə vəziyyət rejimi elan edib.

Sərhəd bağlandıqdan sonra miqrantlar bu gün bir neçə dəfə Yunanıstan-Makedoniya sərhədini keçməyə cəhd ediblər. Miqrant izdihamını dağıtmaq məqsədilə Makedoniya polisi gözyaşardıcı qazdan və işıq-səs qumbaralarından istifadə edib.

İnterpress.az