Xırdalanda ağır yol qəzası baş veribbackend

Xırdalanda ağır yol qəzası baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

32 yaşlı Samid Heydərov idarə etdiyi minik avtomobili qarşıdan gələn və 26 yaşlı Emil Mansurovun idarə etdiyi \”Zontes\” markalı motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini, 16 yaşlı Araz Əsgərov ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan APA-ya verilən məlumata görə, hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Faktla bağlı araşdırmalar davam etdirilir. (apa)

İnterpress.az