Bakıda sərin hava davam edəcəkbackend

Bakıda sərin hava davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 24-28 dərəcə olacaq.

Bölgələrdə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə olacaq.

İnterpress.az