Xalq artistləri yumruqlaşdıbackend

Xalq artistləri yumruqlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün teatrda Xalq artistləri yumruq davasına çıxıb. Belə ki, mətbuatda teatr direktoru İsrafil İsrafilovun bərəsində verilən açıqlamalara Xalq artisti Ramiz Novruz reaksiya verib. Bu barədə söhbət zamanı Ramiz Novruzun teatr direktorunu müdafiə etməsi Xalq artisti Ramiz Məlikə xoş gəlməyib. Nəticədə mübahisə düşüb. Bu zaman isə əsəblərinə hakim ola bilməyən Ramiz Novruz Ramiz Məliki yumruqlayıb. Nəticədə ikincinin gözünün altınqaralıb və paltarı cırılıb.

Bir müddət əvvəl ağır ürək əməliyyatı keçirən Ramiz Məlik aktyorların köməyi ilə Ramiz Novruzun əlindən güclə alınıb. Xəsarət alan Xalq artisti polisə (102) müraciət edib. Bir qədər sonra Xalq artistləri Yasamal Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb.

Məsələni dəqiqləşdirmək üçün AzNews.az-ın əməkdaşı hər iki Xalq artisti ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı sualı eşitdikdən sonra Ramiz Məlik telefonu qapadıb.

Xalq artisti Ramiz Novruz isə faktı təsdiqləyib. O, belə bir hadisənin olduğunu və buna təssüfləndiyini bildirib. Danişa bilmədiyini deyən Xalq artisti olduğu yerdən polis bölməsinə gedəcəyini vurğulayıb.

Qeyd edək ki, yumruqlaşmaq həddinnə gəlib çatmasa da, Xalq artistləri arasında gərginlik bir neçə ay əvvəl də olmuşdu. ( aznews.az )

İnterpress.az