Sterliqov Azərbaycandan şikayət edəcəkbackend

Sterliqov Azərbaycandan şikayət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə sahibkarın vəkili Artur Ayrapetov \”Ren-TV\”yə bildirib.

Ayrapetovun sözlərinə görə, şikayət ərizəsinin avqustun 26-da verilməsi planlaşdırılır. Vəkil Azərbaycanın Sterliqovu \”qara siyahı\”ya saldıqdan sonra ona qarşı cinayət işi qaldırmasını \”beynəlxalq hüquqda nonsens\” adlandırıb.

Qeyd edək ki, German Sterliqov Bir qədər əvvəl Ayrapetov Sterliqovun İnterpolun xətti ilə axtarışının artıq dayandırıldığını məlumat verib. Onun sözlərinə görə, axtarış İnterpol Azərbaycan tərəfindən Sterliqovun təqib olunmasında siyasi motivlər gördüyü üçün dayandırılıb

Xatırladaq ki, bu ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağbölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı \”arzuolunmaz şəxs\” elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma \”Dağlıq Qarabağ\”a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb.

İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.

Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub. ( report.az )

İnterpress.az