İqtisadçı ekspert gözlənilən böhrandan çıxış yolu göstərdibackend

İqtisadçı ekspert gözlənilən böhrandan çıxış yolu göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirb.

Ekspertin fikrincə, hər iki qərarlaşmış tendensiya Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd eləmir: “Birincisi, iqtisadiyyatın dollarlaşması ilə onun xarici faktorlardan asılılığını və ölkədən kapital axınını gücləndirir. İkincisi isə Mərkəzi Bankın manevr imkanlarını getdikcə məhdudlaşdırmaqla orta müddətli dövrdə milli valyutanın gələcəyini tutqun göstərir. Vəziyyətdən çıxış yolu valyuta bazarının liberallaşdırılması və rəqabətli investisiya mühitinin dəstəklənməsidir. Hazırki dövrdə yeganə alternativ iqtisadi azadlıq və saglam rəqabətin, açıq və korrupsiyasız xarici ticarətin, rasional fiskal siyasətin bazasında qurulan iqtisadi reformalardadır. Odur ki, hökümət ilk növbədə inhisarçılığa və korrupsiya qarşı mübarizəni gücləndirməklə iqtisadiyyatın diversifikasiyasına və liberallaşdırılmasına, bununla da əlavə maliyyə qaynaqlarınını formalaşdırılmasına səy göstərməlidir”.

İnterpress.az