Rusiya qida asılılığına son qoyulacaq tarixi açıqladıbackend

Rusiya qida asılılığına son qoyulacaq tarixi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Rossiya 24” kanalına açıqlama verən nazir \”İstehsal artımı mövcud sürəti ilə davam edərsə, ehtiyatlar qorunub saxlanarsa, 10 ildə qida məhsulu idxal etməyimizə ehtiyac qalmayacaq\” deyə bildirib.

“Əlavə investisiyalar və maliyyə olduğu halda isə önümüzdəki 5-7 il ərzində bu problemin həll edilə biləcəyini ifadə edən rusiyalı nazir \”Hər şeyi Rusiyada istehsal edə bilərik. Bəlkə sitrus bitkiləri, banan və xurmadan başqa. Yəni, Rusiyada istehsalı mümkün olan bütün məhsulları istehsal etmiş olacağıq\” deyə vurğulayıb.
Tkaçev daha əvvəl verdiyi açıqlamada önümüzdəki 5 il içində kənd təsərrüfatı sektoruna 2 trilyon rubl (30 milyard dollar) dəstək planladıqlarını ifadə etmişdi.

Qida qaçaqçılarına cəza gəlir…

Nazir Federal Gömrük Xidmətinin embarqolu qaçaq məhsulların Rusiyaya girişi ilə əlaqədar cəza nəzərdə tutan təklifini dəstəklədiyini də diqqətə çatdırıb.
Qida qaçaqçılığının da digər cinayətlər kimi cəzalandırılmasını istəyən rusiyalı nazir ölkənin maraqları və maliyyə itkisinin qarşısının alınmasının səlahiyyətli orqanların vəzifəsi olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Rusiya Ukrayna böhranı ilə əlaqədar sanksiya tətbiq edən Qərb ölkələrindən qida idxalını dayandırıb. Rusiya dövlət başçısı Vladimir Putin də qaçaq yolla gətirilən məhsulların məhv edilməsinə qərar verib.

İnterpress.az