Müsavatdan AXCP-yə ittihambackend

Müsavatdan AXCP-yə ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya Müsavat Partiyası başqanının müavini Elman Fəttah məlumat verib. O bildirib ki, Müsavat Partiyası REAL Hərəkatı və Nida Vvətəndaş Hərəkatı ilə seçkilərə bağlı məsləhətləşmələrə başlayıb: “Çalışacağıq ki, seçki dövründə bir-birimizə qarşılıqlı dəstək verək, mübarizəmizi uzlaşdıraq. Yəqin ki, sonda ümumi razılıq əldə olunacaq. AXCP-yə isə əməkdaşlıqla bağlı müraciət etməmişik. Çünki bizdə olan qənaət ondan ibarətdir ki, AXCP real müxalifət qüvvələrinin məsləhətləşmələrinə meylli deyil”.

E. Fəttah parlament seçkilərində öz namizədliyini irəli sürəcəyini də söyləyib: “Müsavat Partiyasının Şirvan rayon təşkilatı mənim namizədliyimi 46 saylı Şirvan seçki dairəsindən təklif edib. Avqustun 29-da bu məsələ partiyanın Məclisində müzakirə olunacaq və namizədliyim təsdiqlənərsə, həmin dairədən irəli sürüləcək”.

İnterpress.az