Bu barədə AzNews.az-a partiya sədri Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, bu gün partiyanın növbəti iclası keçirilib və orada bəzi seçki dairələri üzrə müvafiq namizədlərin irəli sürülməsi haqqında qərarlar qəbul edilib.
1. 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə- Mehdiyev Zaur Mehman oğlu. Ali təhsilli, fəaliyyət növü- özəl sektor;
2. 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə- Kərimov Fazil Xalıq oğlu. Ali təhsilli, “Bakı Kitab Evi” MMC-nin direktoru;
3. 65 saylı Saatlı- Sabirabad- Kürdəmir seçki dairəsi üzrə- Qəhrəmanov Nurəddin Əlimürsəl oğlu, özəl sektor.
4. 95 saylı Tərtər seçki dairəsi üzrə- Quliyeva Könül Fərhad qızı. Ali təhsilli, aparıcı-jurnalist;
5. 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə- Əliyev Cavanşir Rasim oğlu. Ali təhsilli, özəl sektor;
6. 100 saylı Şəmkir- Daşkəsən seçki dairəsi üzrə- Rasimli İlkin Rasim oğlu. Ali təhsilli, bank işçisi;
7. 110 saylı Zaqatala seçki dairəsi üzrə- Safquluyev İslam Safqulu oğlu. Ali təhsilli, bioloq;
8. 112 saylı Qax seçki dairəsi üzrə- Cəlilov Cəlil Abdulənvər oğlu. Ali təhsilli, müəllim;
9. 121 saylı Laçın seçki dairəsi üzrə- Ağayev Firudin Cəlil oğlu. Ali təhsilli, özəl sektor;
10. 125 saylı Zəngilan- Qubadlı seçki dairəsi üzrə- Hümbətbəyli Coşqun İman oğlu. Ali təhsilli, özəl sektor;
Qeyd edək ki, bu günə qədər 55 dairədən BQP-nin parlament seçkilərində iştirak edəcək namizədi dəqiqləşdirilib. Bu həftə ərzində digər dairələrdən irəli sürüləcək namizədlərin adları da ictimaiyyətə açıqlanacaq.
İnterpress.az