İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də Sabirabad rayonunun Qalağayın kəndində kənd sakini Xəqani Miriyev münaqişə zəminində həmkəndlisi Ənvər Abdullayevə bıçaqla xəsarət yetirib. Ə.Abdullayev hadisə yerində ölüb.
X.Miriyev könüllü olaraq Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
İnterpress.az