100 min təzminat istəyən terror qurbanı: “Nazir qəbuldakı söhbəti dostuna danışdı” – FOTObackend

100 min təzminat istəyən terror qurbanı: “Nazir qəbuldakı söhbəti dostuna danışdı” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Mehparə Manafova İnterpress.az-a məlumat verib. Terror aktı zamanı Mehparə Manafovanın 19 yaşı olub: “Hadisə zamanı ağır bədən xəsarəti alaraq 1-ci qrup əlil oldum. Həmin tarixdən sonra mütəmadi olaraq müalicə və müayinə olunuram.

Hadisə ilə bağlı 3 may 1996-cı ildə çıxarılan məhkəmə hökmündə qeyd olunub ki, həmin dövrün məzənnəsi ilə 45.726.793 manat müttəhimlərdən müştərək qaydada alınıb Bakı Metropoliteninin hesabına verilsin. Ancaq həmin vaxt terror qurbanlarına və zərərçəkənlərə dəymiş maddi və mənəvi ziyan ödənilməyib. Bizi terror qurbanı kimi də tanımayıblar. Əsas problem də bundan yaranır. İndiki halda bizim statusumuz yoxdur, ümumi qaydada “əlil” kimi qeyd olunuruq. Halbuki biz terror qurbanıyıq və indi bütün dünya terrordan əziyyət çəkir. Azərbaycan isə hələ illər əvvəl terrorçuların hədəfində olub”.

Mehparə Manaovanın sözlərinə görə, fiziki şəxslərə dəymiş maddi və mənəvi zərərin əvəzi ilk növbədə ödənilməli olduğu üçün məhkəməyə müraciət edib: “İşi Bakı Apellyasiya Məhkəməsinə qədər apardım. İndi isə 1 saylı Bakı İqtisad Məhkəməsinə müraciət etmişəm. 100 min manat təzminat tələb edirəm. Bu işin bir tərəfidir, məhkəmənin necə qərar çıxaracağını bilmirəm. Ancaq üzləşdiyim vəziyyət məni bu problemləri ictimailəşdirməyə vadar edir”.

Şikayətçi bildirib ki, davamlı olaraq müayinə və müalicəyə ehtiyacı olduğu halda üz tutduğu qurumlar ona yardım etmir: “Sumqayıt İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm. Bir dəfə Eldar Əzizovun qəbulunda olmuşam. Mənə kömək göstərilməsi barədə tapşırıq verilsə də icra olunmayıb. Bu illər ərzində müalicəm üçün cəmi bir dəfə 300 manat yardım edilib ki, daha sonra bunu da dəfələrlə üzümə vurduqlarına görə 300 manatı geri qaytardım. Hətta icra hakimiyyətinin qarşısında mühafizə polisinin zorakılığı ilə üzləşdim və salamat olan qolum da zədələndi”.

Mehparə Manafova daha sonra problemlərlə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbuluna yazılmaq istəyib: “Məm mütəmadi olaraq həkim müayinəsi və müalicə kursu keçməliyəm. Çünki vaxtaşırı olaraq səhhətimdə müxtəlif problemlər yaranır. 150 manat əlillik pensiyası alıram. Hamıya məlumdur ki, bu pensiya ilə yaşamaq və müalicə olunmaq mümkün deyil. Səlim Müslümovun isə mənə qəbul zamanı dediyi ilk söz “Nə çox pensiya alırsan?” oldu. Dəfələrlə terror qurbanlarının statusunun müəyyən edilməsi üçün müraciət etmişik, ancaq həll edilməyib. Məni ən çox narahat edən məsələ isə qəbul zamanı nazirə söylədiyim sözləri daha sonra öz məhəlləmizdə eşitməyim oldu. Təsəvvür edin ki, mən nazirə qəbul zamanı dostu, Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Sabir Sarvandan gileyləndim. Onun Yazıçılar Birliyinin ofisi üçün verilən yerləri icarəyə verməsi, hətta səkidə də tikinti apararaq hərəkətin məhdudlaşdırılmasından danışdım. Daha sonra həmin şəxs məhəllədə bütün sakinlərin yanında mənim nazirə dediyim sözləri təkrar etdi və mənim güya ondan acıq çıxdığımı bildirdi. Həmin an düşündüm ki, nazir vətəndaşla görüşündə ona deyilən sözləri öz dostları ilə belə müzakirə edir? Düzü bu, məni aldığım bütün travmalardan daha çox yaraladı”.

Qeyd edək ki, işə oktyabrın 8-də baxılacaq.

100 min təzminat istəyən terror qurbanı: “Nazir qəbuldakı söhbəti dostuna danışdı” - FOTO

100 min təzminat istəyən terror qurbanı: “Nazir qəbuldakı söhbəti dostuna danışdı” - FOTO

100 min təzminat istəyən terror qurbanı: “Nazir qəbuldakı söhbəti dostuna danışdı” - FOTO

Elnarə
İnterpress.az