Dünyanı çaxnaşdıran “qara bazar ertəsi”backend

Dünyanı çaxnaşdıran “qara bazar ertəsi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Asiyada sözün əsl mənasında “ Qara bazar ertəsi” yaşanıb. Dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çindən gələn məlumatlar narahatlıq yaradır. Bu məlumatın təsiriylə indekslər 8 % – dən çox dəyər itirib və 2007-ci ildən bu tərəfə ən böyük gündəlik enişə imza atıb. Asiya birjalarındaki sərt eniş Avropaya da təsir edib.

Almaniyanın DAX indeksi 3 % geriləyərək yanvardan bu yana ilk dəfə 10.000 dən aşağı düşüb. Həftə Türkiyədə də dolların “yüksəlişi” ilə başlayıb. Ancaq əsas hərəkətlilik avroda qeydə alınıb. Satış dalğası İstanbul birjasına da təsir edib. İndeksdə itki 2,5 faizə yaxınlaşıb.

Asiyada birjalar çökdü

Asiya birjalarında bu gün 5 % – i keçən itkilər qeydə alınarkən, Şanxay birjası 8,5 % itki ilə beş ay yarım ərzində ən aşağı səviyyəsinə düşüb. Çində CSI300 indeksi 8,6 % enişlə bağlanaraq, 2007-ci il fevralından bu tərəfə ən sərt enişə imza atıb. Yaponiyanın göstərici indekslərində Nikkei də günü yüzdə 4,6 %-lik enişlə bağlayıb.

“Sehrili” məlumat

Çində keçən həftə açıqlanan məlumatlara görə, avqust ayında fabrik fəaliyyətlərində son 6,5 ilin ən sürətli azalması qeydə alınıb. Dünyanın ən böyük ikinci iqtisadiyyatının sərt bir yavaşlama içərisində ola biləcəyi narahatlıqlarını artırıb. Asiya birjalarındaki bu sərt eniş Avropanı da təsir altına alıb.

Almaniyada DAX indeksi Çin qorxusunun təsiriylə 3 % geriləyərək, yanvardan bu yana ilk dəfə 10000 bal səviyyəsinin altına düşüb.

İngiltərənin göstərici indeksi FTSEurofirst 300 indeksi 3,6 % düşərək, 2011-ci ilin sentyabrından bu yana ən sərt gündəlik itkisinə imza atıb.

Birjalardakı bu enişdə Çin Mərkəz Bankının həftə sonu hər hansı bir həll variantı təklifi etməməsinin də təsiri olub.

Valyuta bazarında çaxnaşma

“Reuters”ə açıqlama verən Şinsey Bankının Tokio bölümünün araşdırma direktoru Takako Masai qlobal bazarlarda yaşanan satış təzyiqi üçün \”Bazarlar çaxnaşma halındadır. İşlər getdikcə 1990-cı ilin sonlarındakı Asiya maliyyə böhranına bənzəməyə başlayır\” deyib.

Dolların məzənnəsi yüksəldi

Dolların məzənnəsində də artım qeydə alınıb. Azərbaycanda dolların yüksələcəyi barədə məlumatlar valyutadəyşmə məntəqələrinin fəaliyyətisizliyinə səbəb olub. Əksər valyutadəyişmə məntəqələri həftə sonunun “bağlı” keçirib.

Neft düşür

Brent neftin hər barrelinin qiymətində azalma davam etməkdədir. Həftə neftin barrelinin 43,97 dollarlıq qiyməti ilə başlasa da, getdikcə bu rəqəm azalmaqda davam edir.

Brent markalı xam neftin barrel qiyməti əvvəlki həftə Çin səhm bazarının təsiriylə 45,06 dollara ensə də, həftəni 45,30 dollarla tamamlamışdı.

Brent neftin barreli bu dəqiqələrdə 44,33 dollardan satılır. Rusiyada da bazar ertəsi neftin qiymətini enməsi fonunda dollar və avronun bahalaşması ilə başlayıb.

Moskva birjasında dollar 71, avro isə 81 rubla satılıb.

İnterpress.az