PKK-dan Dəmirtaşa cavab: “Silahlar susmayacaq”backend

PKK-dan Dəmirtaşa cavab: “Silahlar susmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Cəmil Bayık Almaniyada bazar günləri nəşr olunan “Welt am Sonntag” qəzetinə müsahibə verib və HDP həmsədri Səlahaddin Dəmirtaşın \”PKK “amma”sız silahlı hərəkatı durdursun\” çağırışına mənfi cavab verib.

Bayık bu çağırışın qiymətli olduğunu və problemin silahla həll edilə bilinməyəcəyi fikri ilə razı olduqlarını ifadə edib: \”O, sadəcə çağırış etmədi. Bu çağırışı biz qiymətli hesab edirik. Bizə görə nə Türkiyə, nə də biz bu problemi silahla həll edə bilərik. Səkkiz dəfə birtərəfli olaraq atəşkəs çağırışı etdik. Son səfərində isə güclərimizi çəkməyə başladıq. Ancaq Türkiyə əvvəl hər şeyi təxirə saldı, sonra inkar etdi. Artıq silahların təktərəfli susması olmayacaq. \”

Bayıkın atəşkəs şərtləri

Təktərəfli atəşkəs olmayacağını söyləyən Bayık bunun üçün şərtləri sadalayıb:\”Dövlət də rəsmi olaraq atəşkəs elan etməlidir. İki tərəfdə də atəşkəsi müçahidə edən komissiya yaradılmalıdır. Müzakirələr azad və bərabər şərtlərdə davam etdirilməli və öndər Apo müzakirə başçısı olaraq qəbul edilməlidir. Vasitəçilik edən üçüncü bir tərəf lazımdır. Bütün əməliyyatlar dayandırılmalı, son dövrdə həbsə alınanlar sərbəst buraxılmalıdır. Yoxsa Türkiyənin sabah təkrar hər şeyi yenə inkar etməyəcəyinə necə güvənək? \”

Xatırladaq ki, Səlahəddin Dəmirtaş PKK-ya çağırışında \”PKK-nın “amma”sız olaraq silahlı hərəkatlarını dayandırması lazımdır. Silahın demokratiya mübarizəsi baxımından bəhanəsi yoxdur. AKP-nin səhvləri, cinayətlərinin hesabı əsgər və polisi öldürərək sorula bilməz\” çağırışını etmişdi.

İnterpress.az