Neft 43 dollardan da ucuz oldubackend

Neft 43 dollardan da ucuz oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, günün ikinci yarısında birjalarda Brent markalı neftin bir barrelinin qiyməti 43 dollardan da aşağı düşüb. Belə ki, neftin hazırkı qiyməti 42,57 dollarda qərarlaşıb.

Bu, 2009-cu ilin martından bu günə qədər olan ən aşağı qiymət kimi dəyərləndirilir.

WTI markalı neft də öz antirekordunu təzələyib. Belə ki, bu markalı neftin bir barrelinin qiyməti hazırda 38,33 dollarda qərarlaşıb.

Ucuzlaşmaya səbəb isə dünya bazarında neftin artması və neftə tələbatın azalmasıdır. Ekspertlər isə yay səyahətlərindən sonra vəziyyətin daha da qəlizləşəcəyini proqnoz edirlər. İranın neft bazarına girməyi isə vəziyyəti daha da ağırlaşdırır.

İnterpress.az