İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış qaz borusunun Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.
Partlayış terror hücumu nəticəsində baş verib. Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.
İnterpress.az