Həyat yoldaşı ilə dalaşdı özünü yandırdı – YENİLƏNİBbackend

Həyat yoldaşı ilə dalaşdı özünü yandırdı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Tovuz rayonunda həyat yoldaşı ilə dalaşaraq özünü yandıran şəxs dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax rayonunun Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev Bakıdakı Yanıq Mərkəzinə aparılarkən yolda ölüb.

Qeyd edək ki, hadisə Tovuz rayonunun Quşçu kəndində qeydə alınıb. Elsevər Qədimalıyev özünü üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az