Xakerlər sındıran tanışlıq saytının iki üzvü intihar edibbackend

Xakerlər sındıran tanışlıq saytının iki üzvü intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, sayt rəhbərləri, hakerlər haqqında məlumat verəcək şəxslərə 500 min dollar mükafat veriləcəyini bildirib. Üzvlərinə evlilikdən kənar münasibət qurmalarını təmin edən ashleymadison.com, iyul ayında haklanıb. Hakerlər, əxlaqsızlıqda günahlandırdığı saytın bağlanmaması halında 37 milyon üzvün bütün şəxsi məlumatlarını ifşa edəcəklərini açıqlamışdı. Sayt geri addım atmadı və hakerlər üzvlərin ad, soyad, elektron poçt, kredit kartı və aldatma hekayələrini ilə birlikdə, şəxsi məlumatlarını ötən həftə internetə buraxıb. Dünən sayta üzv olan və Kanadanın Toronto şəhərində yaşayan 2 nəfər intihar edib. Saytın sahibi Avid Media Life şirkəti intihar hadisələrindən sonra verdikləri bəyanatda kədərlərini dilə gətirərkən, məlumatları sızdıran hakerlər haqqında məlumat verən şəxslərə 500 min dollar mükafat veriləcəyini deyib.

İnterpress.az