PKK-nın təsirli peşmanlıq tələsibackend

PKK-nın təsirli peşmanlıq tələsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, təşkilatın bomba və sui-qəsd təlimi almış, ancaq heçbir silahlı hərəkata qatılmamış üzvlərini Türkiyəyə göndərdiyi və bu kəsləri hazırda qüvvədə olan \”Peşmanlıq\” qanunundan faydalandırıb axtarış siyahısından çıxarılması məqsədi qoyduğu aşkara çıxıb.

Kəşfiyyat qurumları, “Peşmanlıq” qanunu ilə sərbəst qalmağı hədəfləyən bu terrorçuların bombalı hücumlar etməyi planladığını təsbit edib.

Təhlükəsizlik birlikləri, bu kəşfiyyat üzərinə respublika baş prokurorluqlarını, sabiq təşkilat üzvlərini mühakimə edərkən “Peşmanlıq” qanununu onlara şamil edib etməmə mövzusunda daha əhatəli istintaq aparmaları haqqında xəbərdar edib.

İnterpress.az