“ABŞ-ın Tehranda səfirlik açmaq fikri yoxdur”backend

“ABŞ-ın Tehranda səfirlik açmaq fikri yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi sözcüsü Con Kerbi keçirilən günlük mətbuat konfransında, İngiltərənin Tehran səfirliyini açması istiqamətində sualları cavablandırıb.

Diplomatik əlaqələrin yenidən bərpa edilməsinə dair dövlətlərin müstəqil qərar aldıqlarını vurğulayan Kerbi, \”Bu nöqtədə İngiltərə, səfirliyini yenidən açaraq bir addım atmış oldu. Ancaq ABŞ olaraq, bunu (səfirlik açmaq) etmə niyyətimiz yoxdur. Görmək istədiyimiz İranın, sanksiyaların qaldırılmasıyla tək bir qəpik almadan əvvəl, razılaşmanı (əhatəli nüvə razılaşması) sonuna çatdıracaq lazımlı addımlara əməl etməsidir. Bizim əsas diqqət nöqtəmiz budur\” deyib.

Tehran rəhbərliyinin terrora dəstək verməsi ilə yanaşı bölgədəki digər hərəkatları da görməzlikdən gəlmədiklərini bildirən Kerbi, buna baxmayaraq hər ölkə diplomatik əlaqələrin qurulması istiqamətində müstəqil qərar ala biləcəyini dilə gətirdi. Kerbi çıxışını \”Digər ölkələrin bu müstəqil qərarlarına hörmət duymalıyıq\” sözləri ilə yekunlaşdırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl İngiltərə Tehrandakı səfirliyini dörd il aradan sonra yenidən açmışdı.

İnterpress.az