Hüquq müdafiəçiləri erməni hərbiçi ilə görüşüblərbackend

Hüquq müdafiəçiləri erməni hərbiçi ilə görüşüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya məlumat verən E. Behbudov deyib ki, A. Qriqoryanın saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Onunla görüşüb söhbət etdik. Saxlanma şəraitindən, ona qarşı münasibətdən hər hansı narazılığı olub-olmamasını soruşdum. Heç bir şikayəti yoxdur, razılığını bildirdi” .

E. Behbudov qeyd edib ki, görüşdə məqsəd A. Qriqoryanın saxlanma şəraiti ilə maraqlanmaq olub.

Qeyd edək ki, martın 22-də Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

İnterpress.az