İnterpress.az xəbər verir ki, sosial mediada paylaşılan videoda Husi döyüşçüləri vurulan Səudiyyə Ərəbistanı tankının ABŞ istehsalı \”Abrams\” tankı olduğunu söyləyir.
Səudiyyə Ərəbistanı, Yəməndə döyüşən Husilərə qarşı qurulan koalisiya gücündə zərər görür. Səudiyyəlilər eyni zamanda Yəmən ordusuna da dəstək verir. Husilərin isə İran tərəfindən dəstəkləndiyi iddia edilir.
Husilər, ötən sentyabrda paytaxt Sənanı ələ keçirdikdən sonra, hökumət üzvlərinin qaçdığı Adeni də Mart ayında mühasirəyə almışdılar və qısa zamanda şəhərin əhəmiyyətli bir hissəsini ələ keçirə bilmişdilər.
Bu hadisələrdən sonra yəmənli nazirlər Səudiyyə Ərəbistanına qaçmışdı. Daha sonra Səudiyyə Ərəbistanı liderliyində bəzi ərəb ölkələri Husiləri hədəf alan hava əməliyyatlarına başladı.
Qeyd edək ki, Yəmənin əhalisi 21 milyondan çoxdur. BMT–nin məlumatlarına görə, ölkə əhalisinin 80%-i hələ də humanitar yardıma möhtacdır.
İnterpress.azhttps://youtube.com/watch?v=a2GR-g9777k