Bu barədə \”APA-Economics\”ə BOTAŞ-dan məlumat verilib.
Şirkət rəsmisi deyib ki, toplantının ardından ictimaiyyət üçün detallı açıqlama veriləcək.
Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “APA-Economics”ə bildirib ki, hadisə ilə bağlı kəmərin operatoru olan BOTAŞ şirkəti SOCAR-a mütəmadi məlumat verir: “Hazırda hadisənin təfərrüatları araşdırılır. BOTAŞ-ın məlumatına görə, təmir işləri bir neçə gün davam edə bilər”.
SOCAR rəsmisi xatırladıb ki, sözügedən kəmərin Azərbaycan ərazisindən keçən hissəsi avqustun 2-dən təxminən 1 ay müddətinə profilaktika məqsədilə təmirə dayanıb.
İnterpress.az