“22 döyüşçünü Ankara ələ verdi” – İDDİAbackend

“22 döyüşçünü Ankara ələ verdi” – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın böyük media şirkətlərindən “McClatchy”ə aid “McClatchyDC”nin xəbərinə görə, ötən ay Suriyaya girmələrinin dərhal ardından əl-Qaidə əlaqəli əl-Nusra təşkilatı tərəfindən qaçırılan suriyalı müxalifləri türk kəşfiyyatı ələ verib.

İddiaya görə, türk kəşfiyyat səlahiyyətliləri “öyrət-silahlandır” proqramı çərçivəsində öyrədilən suriyalı müxaliflərin hədəfi ola biləcəkləri mövzusunda əl-Nusranı xəbərdar edib.

Suriyalı müxaliflərin sərhəddən keçəcəyini öyrənən əl-Nusra təşkilatı da, Suriyaya girməsindən 10 dəqiqə sonra bir basqınla müxalifləri qaçırıb.

“Mitchell Prothero” imzalı xəbərdə yer alan iddialar, suriyalı müxaliflər və bəzi türk səlahiyyətlilərə əsaslandırılıb.

\”McClatchyDC\”nin münasibət öyrəndiyi bəzi türk səlahiyyətlilər, iddiaların \”böyük ehtimalla\” doğru ola biləcəyini qəbul edib.

Xəbərə görə, bir türk səlahiyyətlisi “öyrət-silahlandır” proqramının erkəndən müvəffəqiyyətsizliyə uğraması halında amerikalıların Bəşər Əsədi devirəcək şəkildə müxalif qrupların öyrədilməsi və silahlandırılmasına sövq ediləcəyi gözləntisi ilə xəbərin sızdırılmasının reallaşdığını bildirib.

Türkiyədə təlim alan müxaliflərdən ibarət 30-cu bölük səlahiyyətlisi “öyrət-silahlandır” proqramında yetişdirilən döyüşçülərin Suriyaya girəcəyini yalnız amerikalılar ilə türklərin bildiyinə diqqət çəkib.

Səlahiyyətli “Türklərin Əl-Nusranı, müxaliflər tərəfindən hədəf ola biləcəkləri mövzusunda xəbərdar etdiyini söyləyən qaynaqlarımız var\” dedi.

22 müxalifin hələ də əl-Nusranın əlində olduğunu yazan nümayəndə, təhlükəsizlik səbəbiylə adını vermək istəməyib.

Səlahiyyətli \”əl-Qaidə, CIA üçün çalışan ərəbləri hər zaman edam edər. Hal-hazırda adamlarımızın həyatda olmasının tək səbəbi Türkiyənin onların edam edilməsini istəməməsidir \”deyib.

Haqqında danışılan adam ayrıca, Türkiyənin bu hadisəni əl-Nusra və Ahrar əl-Şamın bölgədəki rolunu genişləndirmək və ABŞ-ın daha çox müxalifə təlim keçməsini təmin etmək məqsədi ilə istifadə etdiyini iddia edib.

30-cu bölük sözcüsü Ammar Əl Vavi, müxaliflərin Suriyaya girəcəyi məlumatını yalnız amerikalı və türk səlahiyyətlilərin bildiyini təsdiqlədi. El Vavi, \”əl-Nusra ilə əlaqəli bəzilərinin onları məlumatlandırdığını bilirik. Adamlarımız 10 dəqiqə içində yaxalandılar \”dedi.

YPG sözçüsü Mustafa Abdi isə bir qaynağın “öyrət-silahlandır” proqramında yetişdirilən kəslərin Suriyaya girişini \”türklərin sızdırdığını\” söylədiyini ifadə etdi.

İnterpress.az