Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğluyla görüşü zamanı Davudoğluna seçki hökumətini qurmaq vəzifəsini verib.
Davudoğlu müvəqqəti Nazirlər Kabinetini qurmaq üçün Baş nazir vəzifəsinə təyin olunub.
Davudoğlunun saat 14:00-da (yerli vaxtla saat 16:00-da) açıqlama verəcəyi gözlənilir.
***
İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Ərdoğanın Davudoğluna seçki hökumətini qurmaq səlahiyyətini verəcəyi gözlənilir.
Xatırladaq ki, dünən Ərdoğan TBMM-nin sədri İsmət Yılmaz ilə görüşüb. Görüşün sonunda seçkilərin təkrarlanması qərara alınıb.
Əhməd Davudoğlunun seçki hökumətini CHP-dən 6, MHP-dən 3 üzv olmala keçmiş nazirlərdən təşkil edəcəyi gözlənilir. HDP-dən isə 3 üzv olmaqla təcrübəli siyasətçilərin seçiləcəyi bildirilir.
İnterpress.az