İnterpress.az xəbər verir ki, bu şura yarandığı gündən bəri rəhbərliyini müasir İran tarixinin məşhur siyasət adamı Haşimi Rəfsəncani icra etməkdədir. Bu şura inqilabdan sonra ölkə idarəsində kritik mövqelərdə xidmət edib hər hansı bir səbəbdən xidməti tərk etdikləri insanlardan ibarətdir. Köhnə prezidentləri, köhnə inqilab keşikçiləri, komandirləri, kəşfiyyat nazirləri təqaüdə çıxmış və yaxud vəzifəsini dövr etdikdən sonra bu şurada ölkənin idarəsində iştirak edirlər. Bu şuranın sözçüülüyünü İran-İraq müharibəsinin əhəmiyyətli İnqilab keşikçisi generalı Muhsin Rzayı icra etməkdədir. Muhsin Rzanı İnqilab Keşikçilərinin qurucu üzvlərindən və daha sonra siyasətə atılan bir hərbi komandirdir.
Şuranın başlıca funksiyalarından biri Məclis və Konstitusiyanı qoruma şurası arasında yaranan hər hansı bir fikir ayrılığında uzlaşdırıcı rol oynamaqdır. Təxmin edilə biləcəyi kimi, bu rol Dini Liderin razılıq göstərəcəyi şəkildə oynanılır. Digər əhəmiyyətli funksiyası isə Dini Liderə lazımlı mövzularda məsləhətçilik etməkdir. Şuranın 34 üzvü var və bəzi üzvləri Dini Lider seçir. Bu səbəbdən Dini Lider ilə Şura arasında ideoloji bağla yanaşı, vəzifəyə gətirmə-vəzifədən alma əlaqəsi də mövcuddur. Bu şura üzvlərinin etnik mənşələrini araşdırdığımızda bu vəziyyət ilə qarşılaşırıq:
92.68% Fars;
2.44% Ərəb;
2.44% Kürd;
2.44% Lor
və 0% Türk.
Şura üzvlərinin adı, soyadı, doğulduqları əyalət və mənsub olduqları etnik belədir:
Nizam Salahlarını təyin Şurası üzvləri və etnik mənşəyi
Cədvəl: Nizam Salahlarını təyin Şurası üzvləri və etnik mənşəyi
Ad-Soyad Doğulduğu Əyalət Etnik
Akbar Hashemi Rafsanjani Kerman Fars
Mohsen Rezaee Khuzestan Lor
Ali Akbar Velayati Tahran Fars
Hassan Rouhani Semnan Fars
Ahmad Jannati İsfahan Fars
Ebrahim Amini Najaf Abadi İsfahan Fars
Abbas Vaezi Tabasi Khorasan (Mashad) Fars
Seyyed Mahmoud Hashemi Aragh (Najaf) Fars
Ali Akbar Nategh Nouri Mazandaran Fars
Mahmoud Mohammad Eraghi Keramanshah Kürt
Gholamreza Mesbahi Moghaddam Xorasan (Mashad) Fars
Hassan Sanei İsfahan Fars
Mahmoud Ahmadinejad Semnan Fars
Saeed Jalili Khorasan (Mashad) Fars
Ahmad Vahidi Shiraz Fars
Hossein Mohamadi İsfahan Fars
Sadegh Vaez Zadeh Khorasan (Mashad) Fars
Ghorbanali Dorri Najafabadi İsfahan Fars
Ali Larijani Mazandaran Fars
Seyyed Mostafa Mirsalim Tahran Fars
Ali Agha Mohammadi Hamadan Fars
Seyyed Mortaza Nabavi Qazvin Fars
Seyyed Hassan Firouzabadi Khorasan (Mashad) Fars
Mohammad Reza Aref Yazd Fars
Majid Ansari Kerman Fars
Parviz Davoodi Tahran Fars
Hossein Mozaffar Hamadan Fars
Mohammad Reza Bahonar Kerman Fars
Mohammad Javad Larijani Qom Fars
Gholam Ali Haddad Adel Tahran Fars
Mohammad Ali Movahedi Kermani Kerman Fars
Gholam Reza Mohseni Ezhei İsfahan Fars
Mohammad Forouzandeh Tahran Fars
Davood Danesh Jafari Tahran Fars
Mohammad Hossein Safar Harandi Tahran Fars
İnterpress.az