“Növbəti günlərdə manat yenidən ucuzlaşacaq”backend

“Növbəti günlərdə manat yenidən ucuzlaşacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov manatın məzənnəsini şərh edərkən deyib. Bildirib ki, ölkəmizdə məzənnə müəyyənləşdirilən zaman ikili valyuta səbətindən istifadə edildiyi üçün qədim qitənin pulunun vəziyyəti manata birbaşa təsir göstərir: “Son günlər avroya nisbətən ciddi dəyər itirən Birləşmiş Ştatlar valyutası milli valyutamıza nisbətən də ucuzlaşıb. O baxımdan, dolların zəifləməsi heç də Mərkəzi Bankın hansısa mesaji kimi təqdim edilməməlidir”.

İqtisadçının sözlərinə görə, yaxın günlərdə manat yenidən ucuzlaşacaq: “Növbəti günlərdə avronun gündəlik məzənnəsində azalma olduğu halda mövcud məzənnə siyasətinə uyğun olaraq manat yenidən dollara nisbətən müqayisəli zəifləyəcək və Avropa valyutasına nəzərən möhkəmlənəcək”. (aznews.az)

İnterpress.az