Daha 6 nəfər Əli Kərimlidən üz çevirdi – SİYAHIbackend

Daha 6 nəfər Əli Kərimlidən üz çevirdi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tahir Hüseynov, Nurlan Rəsulov, Vilayət Muxtarov, Fuad Səfayev, Cavid Nəbiyev və Ramiq Şirinov bununla bağlı bəyanat yayıblar:

“Son illərdə AXCP daxilində baş verən hərc-mərclik, demokratik mühitin pozulması, gənclərə qarşı repressiya xarakterli rejimin mövcudluğuna yox deyirik və bundan sonra Razi Nurullayevin rəhbərlik etdiyi AXCP sıralarında fəaliyyətimizi davam etdirəcəyik”-bəyanatda belə qeyd edilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı AzNews.az-a açıqlamasında Xalq Cəbhəsi Partiyasının belə üzvlərinin olmadığını bildirib:

“Razi Nurullayev guya cəbhəçiləri qopardıb, onların hesabına pul “silir”. Bu günə kimi partiyadan qopardığı üzvlər saxta çıxıb. Xalq Cəbhəsi Partiyasının belə üzvləri yoxdur”.

F.Qəhrəmanlı R.Nurullayevə mesaj ünvanlayıb: “Əgər onlar partiya üzvləridirsə, buyurub vəsiqələrini təqdim etsinlər”.

İnterpress.az