SOCAR Ukraynada yanacağın qiymətini endiribbackend

SOCAR Ukraynada yanacağın qiymətini endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ukraynanın UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə \”A-95\” konsaltinq qrupunun həyata keçirdiyi monitorinqin nəticələrində qeyd olunur.

Məlumata görə, avqustun 21-25-i \”Amic\”, \”Shell\”, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), WOG, OKKO kimi YDM şəbəkəsinə sahib olan iri şirkətlər yanacağın qiymətlərini təqribən 0,50-0,60 Ukrayna qrivnası aşağı salıb.

\”Dizel yanacağının qiymətində müşahidə olunan qiymət enməsi artıq benzinin qiymətinə də təsir edib\”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələrinə əsasən, 1 Ukrayna qrivnası 0,0467 manatdır.

İnterpress.az