Hadisə Zığ şosesinin Gəncə prospekti ilə kəsişməsində qeydə alınıb. Belə ki, 90 BC 817 dövlət nömrə nişanlı \”VAZ 2107\” markalı avtomobilin sürücüsü Gəncə prospektindən Zığ şosesinə dönən zaman qəfil idarəetməni itirib.
Nəticədə maşın aşaraq, bir neçə metr kənara sürüklənib. Qəza zamanı hələlik kimliyi müəyyən edilməyən sürücü ağır yaralanıb. O, ətrafdakıların köməyi ilə özəl xəstəxanalardan birinə çatdırılıb. Daha sonra isə, qəza yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Polis əməkdaşlarının ilkin araşdırması zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Qəzanın konkret səbəbi isə, yaxınlıqdakı Təhlükəsiz Şəhər (TŞ) kameralarına baxıldıqdan sonra məlum olacaq.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. (apa)
İnterpress.az