Azərbaycanlı idmançı Useyn Boltu keçdibackend

Azərbaycanlı idmançı Useyn Boltu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 25 yaşlı sprinter 200 metr məsafəyə qaçışda seçmə mərhələ iştirakçıları arasında ən yüksək nəticəni göstərib.O, finişə 20,01 saniyəyə çataraq, Türkiyənin milli rekordunu yeniləyib.

Azərbaycanlı sprinter hətta dünyanın ən sürətli adamı, 6 qat olimpiya və 9 qat dünya çempionu, yamaykalı Useyn Boltdan da yüksək nəticə göstərib. Bolt öz yarımqrupundakı bütün rəqiblərini üstələsə də, finişə 20,28 saniyəyə çatıb.

Hər iki idmançı bu nəticələrlə yarımfinala yüksəlib. Onlar növbəti mərhələdə eyni yarımqrupda mübarizə aparacaqlar.

Boltdan əlavə, Quliyevin rəqibləri Key Takase (Yaponiya), Migel Frensis (Antiqua), Kenji Fujimutsu (Yaponiya), Anaso Jobodvana (CAR), Daniel Talbot (Böyük Britaniya) və Roberto Skyers (Kuba) olacaq. İlk 2 yerin sahibləri və 3 yarımqrupda 3-cü yerin sahiblərindən ən yaxşı nəticəyə imza atan 2-si finala yüksələcək.

Yarımfinal mərhələsi avqustun 26-da, final isə avqustun 27-də olacaq.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı 5000 metr məsafəyə qaçışda Hayle İbrahimov və qadınlar arasında çəkicatma növündə Hanna Skidan təmsil edir. Onlar sabah mübarizəyə başlayacaqlar.

İnterpress.az