İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, plana əsasən Avropadan Van, Hakkari və Şırnak üzərindən keçməklə İraqdakı PKK silahlılarına maliyyə vəsaitinin daşınmasının önünü kəsmək nəzərdə tutulur.
Terror təşkilatının maliyyə mənbələrini kəsmək istəyən rəsmi Ankaranın hesablamalarına görə, kuryerlər vasitəsilə ildə 300 milyon avro İraqdakı PKK silahlılarına göndərilir. Avropa və Türkiyədəki bank sistemi ilə isə ayrı-ayrı adamların adına göndərilən vəsaitlər isə 50 milyon avro təşkil edir. Avropa ölkələrində yaşayan kürd kökənli şəxslərdən alınan illik ianələr 200 milyon avrodur.
Yaxın zamanda icrasına başlanacaq plan maliyyə mənbəyinin tədricən kəsilməsini nəzərdə tutur. Beləliklə də PKK-nın İraq və Suriyada sailahlanmasının qarşısı alınacaq.
Terror təşkilatının pulu Almaniya, Hollandiya, Danimarka və Fransa başda olmaqla 14 Avropa ölkəsində kuryerlər və bank sistemi ilə təmin olunur. Türkiyənin bu pul dövriyəsinin qarşısını alacağı tədirdə PKK-nın sonunun gələcəyi əminliyi var.
İnterpress.az