Rayonun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə avqustun 25-də günorta saatlarında rayonun Beretbinə kəndində qeydə alınıb. Kənd sakni, 1955-ci il təvəllüdlü Mahama Ramazan oğlu Kulxayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılmış vəziyətdə qohumları tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanları əməkdaşlarıı müayinə və araşdırma aparıblar. 60 yaşlı Mahama Kulxayevin intihar etməsinin səbəbi bəlli deyil. Onun iki övladının olduğu bildirilir.
Faktla bağlı Zaqatala rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (apa)
İnterpress.az